Azərbaycanda “Qırmızı kitab”a salınmış bitki növü çoxaldılır

Azərbaycanda “Qırmızı kitab”a salınmış bitki növü çoxaldılır

Hazırda oxunan: Azərbaycanda “Qırmızı kitab”a salınmış bitki növü çoxaldılır

97971

Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində çoxaldılması işlərinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, adı “Qırmızı kitaba” salınmış bu nadir bitki növündən Qarabağ düzündə, xüsusilə də Sultanbud meşəsinin bərpasında geniş istifadə ediləcək. 

“Saqqız ağacı Azərbaycanda yabanı halda yayılan növ olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Respublikamızın meşə ərazilərində bu ağaclara az rast gəlinsə də, onun coğrafi arealı genişdir”. 
V.Fərzəliyevin sözlərinə görə, meşə ərazilərində təbii bərpaya kömək məqsədilə meşə fondu torpaqlarının seyrək sahələrində saqqız ağacı tingləri əkiləcək və toxumları səpiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO