Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərin istintaqı BAŞA ÇATDI

Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərin istintaqı BAŞA ÇATDI

Hazırda oxunan: Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərin istintaqı BAŞA ÇATDI

97960

“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürərək mənimsəməkdə ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı tamamlanıb. 

Prokurora çıxış etmək üçün söz verilsə də, o, çıxışa hazır olmadığını deyib. Məhkəmə ona hazırlaşmaq üçün vaxt verib. 

Növbəti proses oktyabrın 21-də davam edəcək.

İttihama görə,  Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət, Qulu və Sahilə ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar. 

Tağı Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib. 

Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb.

Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO