Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev şəxsi "Facebook" hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Oqtay Gülalıyev sabah Bakıya gətirilir
Oqtay Gülalıyevin dərmanları gömrükdə saxlanılıb - Həyat yoldaşından AÇIQLAMA
Onun sözlərinə görə, Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib. Bundan başqa o, 3 il sürücülükdən məhrum etmə cəzasına məruz qalıb.
Qeyd edək ki, sözügedən hadisə 2019-cu ilin oktyabrın 29-da baş verib. Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman Oqtay Gülalıyevi vurub.
Hadisədən sonra hüquq müdafiəçisinin əvvəlcə yerli, daha sonra isə Türkiyə xəstəxanasında müalicəsi aparılıb. Onun hazırda müalicəsi Bakıda davam etdirilir.
Bizim.Media