“Hadrut

“Hadrut" yarımstansiyasının tikintisi gələn ay başa çatacaq – RƏSMİ  

Hazırda oxunan: “Hadrut" yarımstansiyasının tikintisi gələn ay başa çatacaq – RƏSMİ  

97946

"Hadrut" qovşaq yarımstansiyasının tikintisi noyabrın ortalarında başa çatacaq. 

Bizim.Media xəbər verir ki,  bu barədə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Əhmədzadə məlumat verib.    

O bildirib ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq.  

"Hadrut yarımstansiyası eyni zamanda rəqəmsal idarəetmə mərkəzidir. Bu yarımstansiyada 44 günlük müharibədən sonra yenidənqurma və bərpa işləri görülüb", - deyə “Azərişıq” rəsmisi qeyd edib.  
Qeyd edək ki, “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.  

Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.  

Xatırladaq ki, Xocavənd rayonun Hadrut qəsəbəsində tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO