Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi açıqlandı

Hazırda oxunan: Dünyanın ən bahalı brendi açıqlandı

9793

Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

Bizim.Media xəbər verir ki, “Brand Finance” məsləhətçi şirkətinin məlumatına görə, sonrakı yerlərdə 254,2 milyard dollarla “Amazon”, 191,2 milyard dollarla “Google”, 140,4 milyard dollarla “Microsoft”, 102,6 milyard dollarla “Samsung” qərarlaşıb.

Qeyd olunur ki, 2016-cı ildən sonra məhrum edildiyi liderliyə yenidən yiyələnən “Apple” uğurlu şaxələndirmə strategiyası yürüdərək il ərzində dəyərini 87 faiz artırmağı bacarıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO