Zeynəb Xanlarova 5-ci dəfə deputat olmaq istəyir

Zeynəb Xanlarova 5-ci dəfə deputat olmaq istəyir

Hazırda oxunan: Zeynəb Xanlarova 5-ci dəfə deputat olmaq istəyir

97925
Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb. 

Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib. 

Bitərəf olan Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən növbəti dəfə qeydə alınıb. 

Qeyd edək ki, Zeynəb Xanlarova 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub. 

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO