Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə!

Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə!

Hazırda oxunan: Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə!

9792

Bu il yanvarın 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinin vaxtı uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərin pasportlarının müddəti uzadıldı


Bildirilib ki, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi fevralın15-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO