Gənc fəal Rüfət Əhmədzadə döyüldü

Gənc fəal Rüfət Əhmədzadə döyüldü

Hazırda oxunan: Gənc fəal Rüfət Əhmədzadə döyüldü

97874

Hakimiyyətin ölkədə yürütdüyü antixalq siyasətinə qarşı insanlar arsında təbliğat apardığına və müxalifətin təşkil etdiyi mitinqlərdə aktiv iştirak etdiyinə, o cümlədən müxaifətçi ailənin üzvü olduğuna görə ADP-çi gənc fəal Rüfət Əhmədzadə dünən axşam saatlarında naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb. Belə ki, Rüfət Əhmədzadə axşam saatlarında yaşadığı ünvana gələrkən tanımadığı 2 nəfər naməlum şəxs ona yaxınlaşaraq nəyə görə insanlar arasında dövlətin və dövlət rəsmilərinin ünvanına tənqidi fikirlər işlətdiyini, insanlar arasında dövlətə qarşı nifrət oyatdığını və mitinqlərə niyə qatıldığını soruşmuşlar. Rüfət Əhmədzadə dövlətin deyil, hakimiyyətin əleyhinə təbliğat apardığını deyərək, ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı fikir bildirmək, mitinqlərə qatılmaq və yazı yazmaq onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə Rüfət Əhmədzadə nalayiq ifadələrlə təhqir ediblər. Onların bu hərəkətlərinə reaksiya verən Rüfət Əhmədzadəyə qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, siyasi fəaliyyətini davam etdirəcəyi, mitinqlərə qatılacağı və insanlar arasında hakimiyyətə qarşı nifrət hissi aşılayan təbliğat aparacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq, hansısa dövlət orqanına şikayət etməyin də səni xilas etməyəcək. Onlar həmçinin Rüfət Əhmədzadə təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək Rüfət Əhmədzadəni həmin şəxslərin zorakılığından müdafiə ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.

Rüfət Əhmədzadəyə qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP üzvlərinə qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır, ya evindən silah “çıxarır”x9d ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.xa0xa0

Paradoksal haldır ki, Avropa Şurası, Avropa Birliyi və bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə siyasi islahatlara çağırdığı bir zamanda, hakimiyyət siyasi motivli həbsləri davam etdirir, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyur.

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO