Azərbaycan Texniki Universitetinə Almaniyadan müəllim DƏVƏT OLUNUB - FOTO 

Azərbaycan Texniki Universitetinə Almaniyadan müəllim DƏVƏT OLUNUB - FOTO 

Hazırda oxunan: Azərbaycan Texniki Universitetinə Almaniyadan müəllim DƏVƏT OLUNUB - FOTO 

97873

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə AzTU-nun məlumatında bildirilib. 

Bildirilib ki, iki il ərzində Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı, DAAD-ın proqramları barədə məlumatlandırma və təşviq işlərini də həyata keçirəcək. 
Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb. O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün danışıq kursları təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO