\

\"Zəngilanda digər kəndlərin də təməli qoyulacaq\" - RƏSMİ 

Hazırda oxunan: \"Zəngilanda digər kəndlərin də təməli qoyulacaq\" - RƏSMİ 

97770

"Zəngilanda digər kəndlərin təməlinin də qoyulması gözlənilir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

V.Hacıyev xatırladıb ki, bu ilin may ayının 28-də Zəngilanın Baş planı Prezident İlham Əliyevə təqdim olunub. Həmin baş plana əsasən, sakinlər üçün kifayət qədər rahat şərait yaradılacaq.

O qeyd edib ki, Zəngilanda tikiləcək evlər kiçik mərtəbəli, müasir olacaq və smart konsepsiyasına əsaslanacaq.

“Ağalı kəndinə 66 ailə köçürülüb. Növbəti evlər hazır olduqdan sonra yenə də ailələr köçürüləcək. Digər kəndlərin təməlinin də qoyulması gözlənilir və bu işlər mərhələli şəkildə həyata keçirilir”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO