"Hərbçilərin işgəncə görüntüləri ilə bağlı birgə istintaq qrupu yaradılıb" - Kamran Əliyev

Hazırda oxunan: "Hərbçilərin işgəncə görüntüləri ilə bağlı birgə istintaq qrupu yaradılıb" - Kamran Əliyev

97754

"İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülər araşdırılır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq".

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən brifinqdə deyib.

"Təbii ki, bu kimi halların saxta və ya doğru olduğu araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan tərəfi yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan tərəfi isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır, deyə bilərəm ki, bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq".
 

MÖVZU İLƏ BAĞLI:

“Hərbçilərin yayılan videoları ilə bağlı Azərbaycana təzyiq yolverilməzdir” - Baş prokuror 


K.Əliyev bildirib ki, bəzi ölkələr və onların Azərbaycandakı səfirlikləri sosial şəbəkələrdə görüntülərlə bağlı birtərəfli mövqe tutur və narahatedicidir:

"Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq danışılmalıdır. Vaxtından əvvəl təşvişlə Azərbaycan hökumətinə təsir yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO