MEK Türkmənistanda keçirilən Beynəlxalq kitab sərgisində iştirak edib

MEK Türkmənistanda keçirilən Beynəlxalq kitab sərgisində iştirak edib

Hazırda oxunan: MEK Türkmənistanda keçirilən Beynəlxalq kitab sərgisində iştirak edib

97744
Mərkəzi Elmi Kitabxananın (MEK) bir qrup əməkdaşı Türkmənistanın Aşqabad şəhərində keçirilən X Beynəlxalq kitab sərgi-yarmarkasında və “Kitab tərəqqi və əməkdaşlıq yoludur”x9d adlı beynəlxalq elmi konfransda iştirak edib.

Kitabxanadan Moderator.az-a verilən məlumata görə, sərgi-yarmarkada kitabxanaya aid pavilyonda Azərbaycan elmi, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair zəngin informasiyaları əks etdirən azərbaycan, rus və ingilis dillərində, yüksək poliqrafik keyfiyyətdə 70-ə yaxın kitab və çap məhsulu, həmçinin videotəqdimat  nümayiş etdirilib.

Kitabxananın hazırladığı sərgi stendi və kitabların elektron təqdimatı tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sərgidən sonra MEK tərəfindən nümayiş etdirilən kitablar Türkmənistanın dövlət kitabxanalarına hədiyyə edilib.

Sərgi-yarmarkada ölkəmizi Mərkəzi Elmi Kitabxana ilə yanaşı "Hədəf","XAN" və “Şərq-Qərb”x9d nəşriyyatları da təmsil edib. Kitabxananın bu nəşriyyatlara məxsus təqdim etdiyi çap məhsulları sərginin ən yaxşı dərslik, çap, rəssam və tərtibat işi nominasiyalarına layiq görülüb. Həmçinin Mərkəzi Elmi Kitabxana sərgi-yarmarkada və konfransda  iştirakına görə diplomla təltif olunub.

Sərgi günlərində Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovun təşəbbüsü ilə Dövlət Nəşriyyat Xidməti tərəfindən “Kitab tərəqqi və əməkdaşlıq yoludur”x9d adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkə rəsmiləri, səfirlik nümayəndələri o cümlədən  MDB ölkələrini təmsil edən alim və mürəxəssislər iştirak edib.

Tədbirdə müxtəlif istiqamətlər üzrə elmi məruzələr dinlənilib. Həmçinin MEK-in əməkdaşı Şərafət İsmayılova müasir informasiya cəmiyyətində kitabxanaların rolu, informasiya cəmiyyətində analitik təhlil və məlumatların çeşidlənməsi, informasiya resurslarının axtarış sistemləri və müasir texnologiyaların tətbiqi ilə bağlı kitabxanaçıların qarşısında duran yeni vəzifələr, kitabxanalar arası inteqrasiya və onun əhəmiyyəti mövzusunda məruzə ilə çıxış edib.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO