"Vaxtaşırı ictimai nəqliyyatdan istifadə edirəm. Bu gün də marşrut avtobusu ilə xeyli getdim. Kimin nə deməsindən asılı olmayaraq, xalqımızın mədəniyyəti, xüsusilə də ictimai davranış mədəniyyəti çox yüksəkdir."
xa0
Moderator.az xəbər verir ki, bu sözləri YAP-çı deputat Aydın Mirzəzadə deyib.
xa0
Millət vəkilinin sözlərinə görə, avtobusa daxil olan kimi təqribən 20 yaşında bir oğlan ona yer verib: “Heç üç dəqiqə keçməmiş yanımda oturan digər cavan oğlan daxil olan yaşlı qadına yer verdi.
xa0
Qadın çantasında nə isə axtaranda əli yanımızda ayaq üstə dayanan oğlana dəydi. Qadın dəfələrlə “ay oğul, bağışla, əlim bilmədən dəydi”x9d dedi. Oğlan da dəfələrlə, “xala, heç nə olmaz, hər şey yaxşıdır”x9d cavabını verdi.
xa0
Dayanacaqların birində ana-bala düşmək istəyərkən, bir nəfər avtobusa qalxırdı. Ana övladını geri çəkərək “gözlə qalxsınlar”x9d dedi. Avtobusda heç kim bərkdən danışmırdı, əsəbi səs eşidilmirdi.
xa0
A.Mirzəzadə qeyd edib ki, sürücü mahnı səsləndirməyib, zala uca səslə hökmlər verməyib: “Ümumiyyətlə, onu ancaq gediş haqqını verəndə gördüm. Avtobusun içi təmiz idi, cəmi bir oturacağın altında xırda kağız parçası gördüm. İctimaiyyət içərisində davranış mədəniyyətin əsas hissəsidir. Avtobusdan düşəndə daxilimdə “fəxr edirəm ki, azərbaycanlıyam”x9d dedim”x9d.
xa0
Deputat parkda gəzişəkrən xalq artisti Faiq Ağayevlə rastlaşdığını da söyləyib: “Onu televiziya proqramlarında birgə iştirakdan tanıyıram. Ona “O səs Azərbaycan”x9d layihəsində münsiflər heyətinin üzvi kimi uğurlar arzuladım”x9d.

































































































