Qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağa səfər etmiş 19 nəfər axtarışa verilib

Qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağa səfər etmiş 19 nəfər axtarışa verilib

Hazırda oxunan: Qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağa səfər etmiş 19 nəfər axtarışa verilib

97727

"Ermənilərin işğal dövründə qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağ ərazisinə səfər etmiş 19 nəfər axtarışa verilib".

Bizim.Media xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

"Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırki vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO