Rövnəq Abdullayev qızların arzusunu yerinə yetirdi

Rövnəq Abdullayev qızların arzusunu yerinə yetirdi

Hazırda oxunan: Rövnəq Abdullayev qızların arzusunu yerinə yetirdi

97721
Avropa Oyunları və Qazaxıstanda keçirilən dünya çempionatı zamanı uğursuz nəticələrlə yadda qalan Azərbaycan Cüdo Federasiyasında ciddi dəyişiklikər olub.

Moderator.az xəbər verir ki, bir müddət öncə Rövnəq Abdullayev məhz bu federasiyaya prezident təyin olunmuşdu. Hər kəs artıq cüdoçularımızdan uğurlu nəticələr gözləyir. Rövnəq Abdullayevin təyinatından sonra federasiyada bir sıra dəyişikliklər də olub. Neftçi İdman Klubunun prezidenti Sadıq Sadıqov cüdo federasiyasına vitse-prezident təyin olunub.

Məşqçilər baxımından da əziyyət çəkən cüdomuzda bu yöndə də dəyişiklik edilib. Belə ki, avstriyalı məşqçi, vaxtilə millimizdə də işləmiş Peter Zeyzenbaher baş məşqçi təyin olunub.

Qeyd edək ki, bir neçə ay öncə qadın cüdoçularımız “Qafqazinfo”x9dya müsahibələrində Peter Zeyzenbaherin yenidən Azərbaycan millisinə baş məşqçi təyin olunmasını istəmişdilər. Rövnəq Abdullayev də qızların bu arzusunu ürəyində qoymayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO