1988-1994-cü illərdə 3890 azərbaycanlı itkin düşüb – RƏSMİ  

1988-1994-cü illərdə 3890 azərbaycanlı itkin düşüb – RƏSMİ  

Hazırda oxunan: 1988-1994-cü illərdə 3890 azərbaycanlı itkin düşüb – RƏSMİ  

97713

Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən «Hərbi əsirlərlə rəftara dair» və «Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və «Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair» həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb.

Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, itkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur:

“Əsir və girovluqdan azad edilmiş 1480 şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Erməni tərəfi etiraf etmək istəməsə də, Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlər törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur”.
İ.Səfərov qeyd edib ki, 17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb:

“2014-cü ildən etibarən I Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO