Gəncədə qonşular arasında mübahisə qanlı sonluqla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib.
1979-cu il təvəllüdlü Anar Hüseynov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
O, dərhal əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, A.Hüseynov qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu