Azərbaycana gələn ukraynalı qaçqınların SAYI AÇIQLANDI  

Azərbaycana gələn ukraynalı qaçqınların SAYI AÇIQLANDI  

Hazırda oxunan: Azərbaycana gələn ukraynalı qaçqınların SAYI AÇIQLANDI  

97569

Müharibə başlayandan Ukraynadan Cənubi Qafqaz ölkələrinə miqrasiya edən qaçqınların sayı 31 159 nəfər olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib. 

Məlumata görə, bu il sentyabrın 13-nə kimi Cənubi Qafqaz ölkələri arasında ən çox ukraynalı qaçqın qəbul edən ölkə Gürcüstan olub - 26 031 nəfər. Azərbaycana üz tutan ukraynalıların sayı 4 639, Ermənistana köç edənlərin sayı isə 489 nəfər təşkil edib. 

Bu dövrdə Dünya Bankının qeydə aldığı ukraynalı qaçqınların sayı ümumilikdə 7 milyon 333 min 721 nəfər təşkil edib.  

Ukraynalı qaçqınların ən çox üz tutduğu ölkələr Polşa (1,379,470), Almaniya (1 003 029 nəfər) və Çexiya (431 462 nəfər) olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO