Yevlaxın həbsdə olan sabiq icra başçısının səhhəti pisləşdi 

Yevlaxın həbsdə olan sabiq icra başçısının səhhəti pisləşdi 

Hazırda oxunan: Yevlaxın həbsdə olan sabiq icra başçısının səhhəti pisləşdi 

97565

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, cəzaçəkmə müəssisəsində ürəyində problem yaranan sabiq icra başçısı müayinədən keçirilib. 

Ədliyyə Nazirliyin Tibb Xidməti əməkdaşlarının ilkin müayinəsindən sonra Qoca Səmədovun ürəyində çat əmələ gəldiyi bildirilib. 

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: "Hazırda Qoca Səmədovun vəziyyəti kəskin ağırdır. Həkimlərin dediyinə görə, onun ürəyində infarkt əlamətləri var, çat əmələ gəlib", - deyə vəkil bildirib. 

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb. 

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. 
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının həbs müddətini 6 ilə endirib. Ali Məhkəmə isə ittiham olunduğu vəzifə saxtakarlığı maddəsini ləğv edərək cəzasını 3 ay azaldıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO