“Azad olunmuş ərazilərdə minalar çox ciddi humanitar təhdiddir, itkilər var”.
Bizim.Media xəbər verir ki, bunu Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı ANAMA sədrinin müavini Samir Poladov deyib.
O bildirib ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritələri təqdim etsə də, onların 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır:
“Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdir və qeyri-dəqiqdir”.
Onun sözlərinə görə, son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub:
“39 0709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var ki, bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb.
İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40 000 hektardır. Hansı ki, bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:06 / 05.10.2022
ANAMA: "Ermənilərin verdiyi mina xəritələri 25 faiz dəqiqdir"
Hazırda oxunan: ANAMA: "Ermənilərin verdiyi mina xəritələri 25 faiz dəqiqdir"
Hazırda oxunan: ANAMA: "Ermənilərin verdiyi mina xəritələri 25 faiz dəqiqdir"
97549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.