Qubadlının sabiq icra başçısının həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubadlının sabiq icra başçısının həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qubadlının sabiq icra başçısının həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

97528

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanılıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  

Məlumatda qeyd olunur ki, E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. 

02.10.2022-ci il tarixdə o, Polşa ərazisində saxlanılıb.  

Hazırda E.Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO