Gəncədə arvadını öldürən kişinin MƏHKƏMƏSİ BAŞLAYIR  

Gəncədə arvadını öldürən kişinin MƏHKƏMƏSİ BAŞLAYIR  

Hazırda oxunan: Gəncədə arvadını öldürən kişinin MƏHKƏMƏSİ BAŞLAYIR  

97527

Gəncə şəhərində arvadını qətlə yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Sabir Şabanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.  

İttihama görə, hadisə bu il iyunun 3-də baş verib. Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənova əri Sabir Şabanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.  

Hadisə qısqanclıq zəminində baş verib. 

İstintaq orqanı tərəfindən Sabir Şabanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO