“BakuBus” niyə nəzarətə götürüldü?- SƏBƏB

“BakuBus” niyə nəzarətə götürüldü?- SƏBƏB

Hazırda oxunan: “BakuBus” niyə nəzarətə götürüldü?- SƏBƏB

9752

Xəbər verdiyimiz kimi, “BakuBus” İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Yeni idarəetmə nədən xəbər verir? Bunun mənfi və müsbət cəhətləri nələrdən ibarətdir?

Sualları cavablandırmaq üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında dedi ki, dövlət qoyduğu vəsaitin həm də xeyirini görmək istəyir, bunun üçün İnvestisiya Holdinqinə “BakuBus”a nəzarət edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi


“BakuBus” MMC onun tam tabeliyinə verilir, yoxsa MMC-yə nəzarət holdinqə verilir? Bu, hələ tam bilinmir. Hər bir halda ictimai nəqliyyatda dəyişiklər qaçılmazdır.

Ümumilikdə ictimai nəqliyyat sektorunda ciddi dəyişiklərin şahidi olmaq üçün saysız-hesabsız yeniliklər edilməlidir.

Buna Bakıya gətirilən avtobuslardan tutmuş sahibkara dövlət tərəfindən verilən dəstək, qiymətin tənzimlənməsi kimi digər məsələlər də aiddir. Dövlətin imkanları bu dəqiqə o qədər geniş deyil ki, bütün avtobuslar dövlət tərəfindən alınsın.

Bunu sahibkarlar da gətirirlər, ona görə onlara müəyyən bir dəstək göstərilməlidir.

İnvestisiya Holdinqinə verilməsi həm də dövlətin “Baku Bus” MMC-yə xərclədiyi pulların xeyrini görmək istəyidir.

Əgər sahibkarlar bu işi qurub, özlərinə pul qazana bilirlərsə, dövlətin şirkəti də pul qazanmalıdır. İstənilən halda nəqliyyat sektoru pul qazanıla bilən sahədir. Dəyişikliklər də qaçılmazdır”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayev isə mövzu ilə bağlı bildirdi ki, hələ heç nə dəqiqləşməyib, ictimaiyyətə əlavə məlumat veriləcək.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO