"Ermənistan səfirliyi məni ölümlə hədələdi" - Xorvatiyalı jurnalist

Hazırda oxunan: "Ermənistan səfirliyi məni ölümlə hədələdi" - Xorvatiyalı jurnalist

97519

“Nəinki Gəncədə, Azərbaycanda törətdikləri cinayətlərə görə ermənilər beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunmalıdırlar. Mən ermənilər tərəfindən törədilən qətillərdən sonra Gəncədə bir neçə dəfə olmuşam.

Hər dəfə burada olan dağılmış evləri, uşaq oyuncaqlarını, ölən insanların şəkillərini görəndə dəhşətə gəlirəm.

Dünyanın hansı ölkəsində dinc insanları bu qədər qətlə yetirsəydilər beynəlxalq aləm buna susmazdı, onları mühakimə edərdilər. Maraqlıdır, görəsən ermənilərin Azərbaycanda törətdikləri cinayətə görə cəzaları olacaqmı?”.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Gəncədə səfərdə olan Xorvatiya Respublikasında gündəlik nəşr olunan “Veçernıy list” qəzetinin müxbiri Hassan Haidar Daib verib.  

Onun sözlərinə görə Gəncəyə, Bərdəyə, Tərtərə və digər şəhərlərə atılan raketlər dinc əhaliyə qarşı qətliamdır:  

“Gəncədə hərbi qarşıdurma olan ərazilərdən ən azı 70-80 kilometr aralıdadır. Bura raketlərin atılmasında məqsəd dinc əhaliyi məhv etmək, infrastruktura zərbə vurmaq idi. İndi hər kəsin vəzifəsi bu cinayətləri bütün dünyaya çatdırmaqdır”. 

Son zamanlar ermənilərin bəzi videolar vasitəsi ilə guya azərbaycanlı hərbçilərin vəhşilik etdiyini tirajlaması məsələsinə toxunan Hassan Haidar Daib bunu absur adlandırıb: “Bu gün etiraf edək ki, dünyada bəzi məqamlarda haqlı olan günahkar kimi göstərilir. Mən illərdir Azərbaycanın ərazilərinin ermənilər tərəfindən zəbt olunmasını və onların Xocalıda törətdikləri vəhşilikləri yada salmaq istəyirəm.

Bu əsl genosiddir. Amma tək Xocalı ilə bitmir erməni vəhşiliyi. 44 günlük müharibə zamanı da xeyli sayda dinc əhali qətlə yetirilib. Mən bundan əvvəlki ziyarətlərimdə də bütün gördüklərimi Xorvatiyada ictimaiyyətin diqqətinə çatdırdım.
Ermənilərin törətdikləri cinayətlər barədə silsilə yazılar hazırladım. Həmin vaxt Ermənistanın Xorvatiyadakı səfirliyi məni ölümlə təhdid etdi. Amma mən dayanmadım və haqq olanı deməkdə davam etdim”.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO