Türkiyəli bloqer: “Dünyanı erməni terroru barədə məlumatlandırmalıyıq”

Türkiyəli bloqer: “Dünyanı erməni terroru barədə məlumatlandırmalıyıq”

Hazırda oxunan: Türkiyəli bloqer: “Dünyanı erməni terroru barədə məlumatlandırmalıyıq”

97516

“44 günlük müharibədə döyüşlər gedən ərazilərdən xeyli aralıda, şəhərin mərkəzində yerləşən yaşayış binalarının, bazarların, ticarət komplekslərinin hədəfə alınması və yüzlərlə insanın qətlə yetirilməsi hesab edirəm ki, erməni hakimiyyətinin iyrənc siyasəti idi. O zamanlar onlar dinc əhaliyə raket zərbələri endirməklə Azərbaycan ordusunun adekvat olaraq Ermənistan ərazilərinə cavab atəşləri açmalarını hədəfləmişdilər. Bununla da onlar digər dövlətləri bu müharibəyə təhrik etmək fikirləri vardı. Lakin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev bu provakasiyanın qarşısını almaq məqsədilə orduya yalnız silahlıların zərərsizləşdirilməsi ilə bağlı göstəriş verdi”. 

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı Türkiyədə çalışan jurnalist-bloqer Esra Öztürk verib. 

Onun sözlərinə görə Gəncədə gördükləri üzərindən iki il ötməsinə baxmayaraq insanı dəhşətə gətirir:

“Burada bizə bildirdilər ki, Ermənistan ordusunun Gəncədə törətdiyi terror cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bu vəhşilik barədə maraqlıdır ki, dünya ictimaiyyəti qətiyyətli qərarlar vermir”.

“Bu gün erməni lobbisi bütün dünyada Azərbaycanın haqq savaşına kölgə salmağa çalışır. Baxın bu gün Gəncədə gördüklərimiz, bundan öncə azad olunmuş torpaqlarda qarşılaşdığımız mənzərələr erməni vandalizminin bariz nümunəsidir. Dünən Xocavənddə ömrümdə ilk dəfə basdırılmış kütləvi insan məzarlığından çıxarılan meyitləri gördüm. Geyimlərindən onların hərbçi olduqları hiss olunur. Hamısının əlləri yuxarıda bağlı vəziyyətdə basdırılıb. Bunlar yəqin ki, 90-cı illərdə I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən öldürülən azərbaycanlı əsirlərdir. Bax görürsünüz, Azərbaycan əsir götürdüyü erməniləri qarşılıqsız Ermənistana qaytarır. Amma erməni vandallar vəhşiliklərindən geri qalmırlar. Bizim borcumuz erməni terroru, erməni vəhşilikləri və törəhdikləri cinayətlər barədə dünya ictimaiyyətini düzgün, dolğun, faktlarla məlumatlandırmaqdır. Bu zaman onların yalanlarını ifşa edə, vandal olduqlarını bütün dünyaya sübut edə bilərik” - deyə Türkiyə bloqer əlavə edib. 

Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO