16 yaşlı qızın 40 yaşında kişiyə ərə verilməsi ilə bağlı rəsmi AÇIQLAMA – “Oğlan toyu 18 yaşında olacaq”

16 yaşlı qızın 40 yaşında kişiyə ərə verilməsi ilə bağlı rəsmi AÇIQLAMA – “Oğlan toyu 18 yaşında olacaq”

Hazırda oxunan: 16 yaşlı qızın 40 yaşında kişiyə ərə verilməsi ilə bağlı rəsmi AÇIQLAMA – “Oğlan toyu 18 yaşında olacaq”

97512

Sabirabad rayonunun Qaraağac kəndində 16 yaşlı qızın zorla 40 yaşında kişiyə ərə verildiyi ilə bağlı məlumatlar yayılıb. Yeniyetmənin babası tərəfindən məcburi ərə verildiyi iddia olunur. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub: 

“Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO