Polisə aid inzibati binalarda BU ŞƏXSLƏRİN qeydiyyatı ləğv olunur – Səbəbi RƏSMİ

Polisə aid inzibati binalarda BU ŞƏXSLƏRİN qeydiyyatı ləğv olunur – Səbəbi RƏSMİ

Hazırda oxunan: Polisə aid inzibati binalarda BU ŞƏXSLƏRİN qeydiyyatı ləğv olunur – Səbəbi RƏSMİ

97483

Son günlər sosial şəbəkələrdə məlumat yayılıb ki, daimi qeydiyyat yeri olmayan vətəndaşların polisə aid inzibati binalarda qeydiyyata alınması dayandırılıb. Bu əhali arasında bir qədər çaşqınlıq yaradıb. Çünki minlərlə insan var ki, müəyyən səbəblər ucbatından daimi qeydiyyat yeri yoxdur.

Sorğumuza rəğmən Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirdilər ki, polisə aid inzibati binalarda qeydiyyat dayandırılmayıb:

“Lakin qeydiyyata alınmış bəzi şəxslərin qeydiyyatdan çıxarılması halları olub. Bu da ona görə edilib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq, onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması, ilk növbədə, həmin şəxslərin özləri üçün çox vacib olan hüquqi prosedurdur.

2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kimi digər kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar.
Hazırkı araşdırmalar göstərir ki, ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.

DİN-nin məlumatında daha sonra bildirilir ki, bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapılmasında çətinliyinin yaranmasıdır. 

“Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır.

Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO