ƏMDK məlumat yaydı.
Dövlət Bakının Nəsimi rayonunda yerləşən atelyeni 16 min 830 manata satıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəsmi internet saytında yerləşdirilib.
ƏMDK-dan bildirilib ki, obyektin tam qiyməti 19 min 800 manata olub.
Qeyd edək ki, atelyenin ümumi sahəsi 109.8 kv metr təşkil edib.
Onu da əlavə edək ki, atelyenin cəmi 1 nəfər işçisi olub.

































































































