Bakıda ağıq QƏZA - 6 avtomobil toqquşub, yaralılar var 

Bakıda ağıq QƏZA - 6 avtomobil toqquşub, yaralılar var 

Hazırda oxunan: Bakıda ağıq QƏZA - 6 avtomobil toqquşub, yaralılar var 

97459

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib. 

“VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb. 

Talıbova məxsus avtomobil isə yol kənarında dayanan “BMW” və “Mercedes” markalı avtomobillərə dəyərək dayanıb. “VAZ-2107” isə aşaraq yol kənarında dayanan “Kia” və “BMW” markalı maşınlara dəyib.  
Zərbə o qədər güclü olub ki, “VAZ”da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb. “VAZ”ı idarə edən şəxs avtoxuliqanlıq edib.  

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub.  

Avtotexniki ekspertiza təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO