Ermənilərin Azərbaycanın 7 bölgəsində törətdiyi terrordan 2 il ötür

Ermənilərin Azərbaycanın 7 bölgəsində törətdiyi terrordan 2 il ötür

Hazırda oxunan: Ermənilərin Azərbaycanın 7 bölgəsində törətdiyi terrordan 2 il ötür

97436

44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 

Bizim.Media xəbər verir ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub. 

Atəş  nəticəsində mülki infrastruktura külli miqdarda ziyan dəyib. Belə ki, raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. 
Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib,  

Həmçinin, oktyabrın 5-də ermənilər Beyləqan şəhərinə də 2 ədəd raket atıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. 

Düşmən yaşayış obyektlərini atəşə tutmaqda Gəncə və Beyləqanla  kifayətlənməmiş və həmin gün səhər saatlarından etibarən Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələrinə də atəş açıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO