“Kiçik qızımı ən son 4 aylığında görmüşəm” – Gəncə terrorunda gözlərini itirmiş Pərvin Qasımova 

“Kiçik qızımı ən son 4 aylığında görmüşəm” – Gəncə terrorunda gözlərini itirmiş Pərvin Qasımova 

Hazırda oxunan: “Kiçik qızımı ən son 4 aylığında görmüşəm” – Gəncə terrorunda gözlərini itirmiş Pərvin Qasımova 

97408

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından 2 il ötür. 

Ötən ilin oktyabrında Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində iki gözünü itirmiş 27 yaşlı Pərvin Qasımova Bizim.Media-ya açıqlamasında ağrılı günü ürəkyanğısı ilə xatırladıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Gəncəyə ilk raket hücumundan 2il ötür


O, deyib ki, hər şeyini itirdiyinə görə Gəncəyə qayıtmaq onun üçün çox çətindir.

İki gözünü itrdiyinə görə 5 ildir evli olduğu həyat yoldaşından öz istəyilə boşananan Pərvin Qasımova kiçik qızı və anası ilə birgə o hadisədən sonra Bakıda yaşayır:

“Sözlə ifadə olunmayacaq bir gün idi. Normal şəkildə səhərimizi açmışdıq. Hər şey yaxşı gedirdi. Bir anlıq hər şey elə bil alt-üst oldu. Oyandım ki, torpağın altındayam.

Bu gün həmin tarixin depressiyasını yaşayırdım, içimə qapanmışdım. Geriyə dönüb baxıram və “bəlkə”lər, “kaş ki”lər insanı düşündürür. Çörək almağa getmişdim. Evə gəldim, 10 dəqiqə sonra evə raket düşdü. Sol gözüm ümumiyyətlə yoxdur, sağ gözümü isə hələki qoruyub saxlayırlar. Ümid var ki, gözə nur gələ bilər. Amma hazırda mümkün deyil. Olsa belə Azərbaycanda mümkünsüz bir şeydir”.

Pərvin Qasımova hazırda roman yazır və bu məsələdə ona anası ilə yaxın rəfiqəsi dəstək dururlar:

“Təsviri incəsənət ixtisasını bitirmişəm və rəsm çəkməyi bacarıram. Faciədən əvvəl övladlarıma görə rəsm çəkməyi dayandırmışdım. İndi buna görə çox təssüflənirəm. Oxuya bilmədiyim kitablara heyfslənirəm. Ən çox da qızlarımı görə bilmədiyimə görə üzülürəm.

Kiçik qızımı ən son 4 aylığında görmüşdüm və üzünü unutmuşam. Yanımda gəzir və mən onu sadəcə təsvir edirəm. 5 yaşlı böyük qızım atası ilə yaşayır. Tez-tez görüşürük. Hazırda fantastik mövzuda roman yazıram və inşallah kitab halına gətirilməsi üçün çalışıram.
Bu mövzunu çox sevdiyim üçün müraciət etmişəm. Kitabın 30 faizini yazmışam və bəzi məqamları barədə yaxın dostlardan məsləhətlər alıram.

Əvvəl qısa hekayələrim olub. Hamısını kompüterimdə saxlamışdım. Faciə baş verən günü kompüter də sıradan çıxdı və əlyazmalarımı da itirdim”.

Pərvin Qasımova şəxsi həyatından çox danışmağa üstünlük verməsə də, qismət deyib həyatına davam edib. Boşandığı həyat yoldaşı da, özü də ayrı yaşayır və heç biri sonradan ailə həyatı qurmayıb. Arzusu qızlarını xoşbəxt və firavan görməkdir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO