Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları 112 saylı tam orta məktəbdə olublar.
Bizim.Media xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti Teymur Mərdanoğlu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluq məktəbdəki zorakılıqla bağlı MƏLUMAT YAYDI
O bildirib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq olunmasını əks etdirən video görüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər, məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.
Bizim.Media