“Sahil” stansiyasında eskalator niyə dayanıb? - RƏSMİ AÇIQLAMA 

“Sahil” stansiyasında eskalator niyə dayanıb? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “Sahil” stansiyasında eskalator niyə dayanıb? - RƏSMİ AÇIQLAMA 

97268

Metronun “Sahil” stansiyasında bu gün eskalatorun dayanması barədə məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Metronun “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında eskalatorda texniki nasazlığın olmadığını bildirib.

O qeyd edib ki, eskalator sərnişin müdaxiləsi nəticəsində dayanıb:

“"Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansı texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO