"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib".
Bizim.Media xəbər verir ki, bu barədə şagirdin döyüldüyü Bakı şəhəri 112 nömrəli tam orta məktəbin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb:
"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
BŞTİ-dən məktəbdə şagirdin döyülməsi ilə bağlı AÇIQLAMA
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
Qeyd edək ki, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.
Bizim.Media