Gecə klubundakı partlayışla bağlı təqsirli bilinənlər BƏRAƏT İSTƏDİ 

Gecə klubundakı partlayışla bağlı təqsirli bilinənlər BƏRAƏT İSTƏDİ 

Hazırda oxunan: Gecə klubundakı partlayışla bağlı təqsirli bilinənlər BƏRAƏT İSTƏDİ 

97206

Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Rəsul Rəsulov son söz deyib. 

O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra çıxış edən Orxan Səfərli də barəsində bəraət verilməsini xahiş edib. Növbəti proses oktyabrın 6-da davam edəcək. 

Qeyd edək ki, prokuror iş üzrə təqsirləndirilən şəxslərdən Rəsul Rəsulovun 7 il 6 ay, Orxan Səfərlinin  5 il 3 ay, Ruslan Məmmədovun isə 5 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib. 

Prokuror Ruslan Məmmədovun məhkəmə zalından həbs edilməsini tələb edib.  

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib. 
Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb. 

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. O, həmin partlayışda ağır xəsarət alıb. 

Qeyd edək ki, Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO