Laçında evlərdə tələ-minalar AŞKARLANIB - FOTO 

Laçında evlərdə tələ-minalar AŞKARLANIB - FOTO 

Hazırda oxunan: Laçında evlərdə tələ-minalar AŞKARLANIB - FOTO 

97190

Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub. 

"Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir.

Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir. Tələ-minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir", - məlumatda vurğulanıb. 
Xatırladaq ki, ANAMA-nın Təmizləmə Qrupları Laçın rayonunda minatəmizləmə əməliyyatlarını davam etdirir. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO