Azərbaycanın qazandığı uğurlar – 30 ilin aynasından baxış... 

Azərbaycanın qazandığı uğurlar – 30 ilin aynasından baxış... 

Hazırda oxunan: Azərbaycanın qazandığı uğurlar – 30 ilin aynasından baxış... 

97171

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən 30 il ötür. Azərbaycan iqtisadiyyatının dağıldığı, daxildə hərc-mərcliyin hökm sürdüyü, separatçı meyillərin baş qaldırdığı o dövrdə ölkəmiz müstəqilliyinin ikinci ilindəydi. AXC-Müsavat iqtidarı dövləti idarə etməkdə aciz, ölkəmizi öz oylağına çevirmək istəyən qüvvələr isə tam gücü ilə iş başındaydı.

“Düymə” artıq basılmışdı. Belə bir həlledici məqamda yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət, zəngin siyasi təcrübəyə malik bir lider Azərbaycanı xilas edə bilərdi. Və etdi də. 

Heydər Əliyev parçalanmış, dağılmış Azərbaycanı təhvil alırdı. Amma hədsiz Vətən sevgisi onu bu məsuliyyətli və şərəfli missiyanı üzərinə götürməyə təhrik etdi. Qarşıda Azərbaycan dövlətini qorumaq, inkişaf etdirmək, yenidən inşa etmək kimi çətin bir yol var idi.

Azərbaycanı bütün qonşu dövlətlərlə düşmən edən, torpaqlarımızın işğalını şərtləndirən xarici siyasət kursu dəyişməli idi. Sosializmdən kapitalizmə keçid təmin edilməli, iqtisadiyyatı isə şaxələndirmək lazım gəlirdi. Bütövlükdə münasibətlər sisteminə yenidən baxılmalı idi.

Heydər Əliyev zəngin təcrübəsi və peşəkar idarəçilik qabiliyyəti ilə bütün bunları həyata keçirdi.

Müstəqil Azərbaycan dövlətini qurdu, onun memarı oldu. 1994-cü ilin sentyabrında Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə milli iqtisadiyyatımızın tərəqqisində uğurlu bir başlanğıc idi.

Nizami ordu quruculuğu, qeyri-neft sektorunun inkişafı, təhsildən səhiyyəyə, mədəniyyətdən elmə qədər bütün sahələr inkişaf yoluna qədəm qoydu. Məhz Heydər Əliyevin ərsəyə gətirdiyi siyasi sistem Azərbaycanı zəif dövlətdən qüdrətli bir dövlətə çevirdi. 
Ulu öndərin vəfatından 19 il keçir. Lakin onun qoyduğu irs bu gün də yaşayır. Və nə qədər ki, Azərbaycan yaşayır, həmişə də yaşayacaq. Öz həyat və fəaliyyəti ilə ölməzlik qazanan Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir.

Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Və hər birimiz o böyük insana, dahi liderə borcluyuq.  

Ruhunuz şad olsun, Ümummilli Liderimiz! 

"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO