Psixoloqların AÇIQ CİNAYƏTLƏRİ – “Onlar insanları, ailələri fəlakətə sürükləyir”- Mütəxəssislərdən SOS

Psixoloqların AÇIQ CİNAYƏTLƏRİ – “Onlar insanları, ailələri fəlakətə sürükləyir”- Mütəxəssislərdən SOS

Hazırda oxunan: Psixoloqların AÇIQ CİNAYƏTLƏRİ – “Onlar insanları, ailələri fəlakətə sürükləyir”- Mütəxəssislərdən SOS

97151

Son illər psixoloqların sayı durmadan artır. Bəziləri isə hərdən həkimlik eşqinə də düşürlər. Bunun da sonralar çox ciddi fəsadları olur. 

Məlumdur ki, psixologiya ictimai-humanitar fənn olaraq fəlsəfənin bir bölməsidir. Yəni bu sahənin səhiyyə sisteminə heç bir aidiyyatı yoxdur.

Lakin çox təəccüblüdür, indiki vaxtda özlərini mütəxəssis-psixoloq adlandırılanlar açıq-aşkar, heç nədən çəkinməyərək abırsızlıqla özlərini insanlara «doktor», «həkim» sözləri ilə təqdim edirlər. Və yalnız tibbdə istifadə edilən «pasient», «terapiya», «müalicə», «xəstə» terminlərindən istifadə edirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən tanınmış psixoloq Gülnar Orucova psixoloqun dərman yazmaq hüququ olmadığını bildirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın PSİXOLOQ BAZARI – “Biri Qərbə, biri Şərqə, biri də bilmirsən hara dartır...”


“Özünə hörmət edən psixoloq adının qarşısına “həkim” yazılmasına icazə verməməlidir. Çünki, psixoloq həkim deyil. Psixoloq ruhu müalicə edir. O fizioloji müalicə apara bilməz. Əgər kimsə bunu edirsə deməli, yerində deyil. Və yaxud hansısa psixoloq adının qarşısında “həkim” sözünü yazdırırsa bu onun özünəgüvənliyinin olmamasından irəli gəlir. Bundan əlavə psixoloqlar əsasən pedaqoji təhsil alanlardır. Həkimlərsə ancaq Tibb Universitetinin məzunlarıdır. Ona görə də bunları qarışdırmaq lazım deyil”.

Gülnar Orucova onu da əlavə etdi ki, bəzi klinikalarda psixoloqlara həkim xalatı geyindirirlər:

“Qapısının üstünə “həkim” yazdırırlar. Psixoloq həkim xalatı geyməməlidir. Çünki, belə vəziyyətdə adam özünü həkim qarşısında hiss edir. Əslində isə psixoloji yardım almaq istəyən adamın özünü rahat hiss etməsi üçün psixoloq adi geyimdə olmalıdır. Bu zaman qəbula gələn adam özünü daha rahat hiss edir. Özünü tanımadığı həkimin yox, sanki çoxdan tanıdığı bir dostunun yanında olduğunu düşünür. Bir sözlə xalat başqa assosasiya yaradır”.

Tanınmış həkim Aydın Əliyev də məsələyə çox konkret və kəskin münasibət bildirdi:

“Xeyr, psixoloq həkim deyil. Psixatr resept yaza bilər, amma psixoloq resept yaza bilməz! Resepti həkim yaza bilər”. 

Həkim-psixatr Abdulla Şıxlınski isə bildirdi ki, bəzi psixoloqlar insanların bu zəif cəhətlərindən açıq-aşkar istifadə edirlər: 

“Onlara özlərini həkim kimi təqdim edir, diaqnoz qoyur, müalicə aparır, tibbi məsləhətlər verir, peşəkar həkimlərin təyinatlarını ləğv edir, ruhi xəstələrlə, ağıl zəifliyindən əziyyət çəkən uşaqlarla mənasını heç özlərinin də başa düşmədiyi məşğələlər keçir, aylarla, illərlə xəstələri mütəxəssisə müraciət etməkdə ləngidir, onlardan böyük məbləğdə pullar qopardaraq kömək edəcəklərinə söz verirlər. Nəticədə insanlar həkimlərin yanına ağır vəziyyətdə gəlib çıxır və onlara heç cür kömək etmək, təəssüf ki, olmur. Bütün bu sadalananlar psixoloji yardım haqqında beynəlxalq normalara və təbabət elminin prinsiplərinə ziddir. Ruhi xəstələr üzərində aparılan hər bir manipulyasiya mütləq həkimlə razılaşdırılmalıdır”.

Həkim-psixatr sonda onu da dedi ki, Azərbaycanın Qanunvericilik aktlarında bu cür fırıldaqçılara qarşı cəza növləri açıq şəkildə göstərilib: 

“Bu insanların əməllərinin ictimai təhlükəliliyini, epotajlılığını, özlərini çox inamlı aparmalarını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, onları çox nüfuzlu adamlar müdafiə edir, çirkin əməllərinin üstünü örtür və onlara zərərli fəaliyyətlərində yardım edirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO