Erməni təxribatlarına dəstək verən BLOGER, JURNALİST VƏ YAZIÇILARIMIZ – Onlar nə istəyir? 

Erməni təxribatlarına dəstək verən BLOGER, JURNALİST VƏ YAZIÇILARIMIZ – Onlar nə istəyir? 

Hazırda oxunan: Erməni təxribatlarına dəstək verən BLOGER, JURNALİST VƏ YAZIÇILARIMIZ – Onlar nə istəyir? 

97117

Azərbaycan dövləti illərdir ərazi bütövlüyünü pozan erməni təcavüzünə son qoymaq üçün çarpışır. Beynəlxalq təşkilatların bu istiqamətdə sərgilədiyi ədalətsiz yanaşma və ikilistandartlarına, xarici qüvvələrin bundan istifadə edərək öz maraqları naminə cəhdlərinə qarşı mübarizə aparır. Olkəmiz öz mübarizə ehkamlarını gücləndirdiyi bir zamanda müxtəlif təbəqədən olan şəxslər dövlət və əsgərlərimiz əleyhinə çağırışlarla gündəmə gəliblər. 

Onlar bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçularının əleyhinə xoşagəlməz fikirlər səsləndirir və araşdırması bitməyən olayla bağlı əsassız iddialarla çıxış edirlər.

Halbuki erməni əsirlərinin guya Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması görüntüsünün həqiqi olub-olmaması belə bəlli deyil. 

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında dövlət əleyhinə istənilən çağırışların məsuliyyət yaratdığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan YENİ TƏXRİBAT hazırlayır - Naxçıvan və Laçında tutulmuş PUA-lar nədən xəbər verir?


“Çağırış edərdim ki, biz araşdırmanın nəticəsini gözləyək və ondan sonra qiymət verək. İlk növbədə hökumət araşdırıb, hüquqi qiymət verməlidir. Araşdırma yekunlaşmamış və hüquqi qiymət almamış olaya vətəndaş olaraq qiymət vermək o qədər də xoş deyil.

Bu, onu göstərir ki, hər şeyin insanlıq və hüquqi çərçivədə olmasını istəyirik. Bir məqamı da unutmaq lazım deyil. Ermənilər özləri də beynəlxalq məhkəməyə və təşkilatlara müraciət edəcəklər. Ona görə də bu məsələrdə maksimum ehtiyatlı olmaq lazımdır.
Onlar bizim vətədaşların çağırışlarına istinad etməsinlər. Bundan istifadə edə bilərlər və azərbaycanlıların özləri bunu etiraf edir deyə bilərlər. İnsanların hissləri başadüşüləndir. Amma məsələ çox ciddidir və hüquqi araşdırma tələb edən bir şeydir”.

Qeyd edək ki, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Akif Qasımov sosial şəbəkələrdə yayılan videonu şərh edib.

Onun sözlərinə görə bu görüntüləri Ermənistan xüsusi-xidmət orqanları təşkil edib. Məqsəd isə Azərbaycanın dünya ölkələri arasındakı imicinə zərbə vurmaqdır.  

Ehtiyatda olan polkovnik hesab edir ki, güllələrin "dəydiyi" bədən və yerlər filmlərdə istifadə edilən imitasiya vasitələrindən istifadə edilməsi ehtimalını yüksəldir:

“Tək-tək atış icra edənlərin güllə yerində "cəsədlər" arasında ağ toz çıxdığı görünür. Deməli, avtomatik atışı və yerdəki effektlər pirotexniki effektdir və filmlərdə istifadə olunur”.  

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən məlum görüntülərin hərtərfəli şəkildə araşdırıldığı bildirilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO