Qarabağda turizm marşrutları qurulacaq – Dövlət Turizm Agentliyi açıqladı 

Qarabağda turizm marşrutları qurulacaq – Dövlət Turizm Agentliyi açıqladı 

Hazırda oxunan: Qarabağda turizm marşrutları qurulacaq – Dövlət Turizm Agentliyi açıqladı 

9710

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov ölkə başçısının tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib ki, Qarabağ bölgəsinin turizm marşrutları işlənib hazırlanacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə artıq Qarabağ üzrə turizm strategiyasının hazırlandığını və planın qiymətləndirmə mərhələsində olduğunu qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Böyük Qayıdış planı – “Sahibkarlara aşağı faizli kredit imkanları açılsın”- DEPUTAT 


O, marşrut və turizm məhsullarının hazırlanması üzrə işlərin də başlandığını deyib:

"Azərbaycan Turizm Bürosunda mütəxəssislər fəaliyyət göstərir və bu çərçivədə təcrübə nəzərə alınacaq."

Düşünürük ki, Qarabağ həm daxili, həm də xarici turistlər üçün çox maraqlı olacaq. Çünki bölgənin turizm potensialı zəngindir və həmin ərazilərdə turizmin inkişafı prioritet məsələdir.

Artıq xarici tərəfdaşlarımızla ilkin olaraq onlayn formada keçirilən tədbirlərdə təqdimatlar keçirmişik və görürük ki, maraq böyükdür.

Yaxın gələcəkdə həmin ərazilərdə müvafiq təhlükəsizlik məsələləri həll ediləndən və müəyyən infrastrukturlar qurulandan sonra turistlər ora axın edəcəklər. İlk növbədə daxili turizm inkişaf edəcək”. 

Agentlik rəsmisi Qarabağ və ətraf rayonlarında inkişaf etdiriləcək turizm sahələrini də sadalayıb:

“Burada hər turizm sahəsini inkişaf etdirmək mümkündür. Eko, aqro, haykinq, sağlamlıq, qış, Şuşada festivallar, tətillər, mədəni, təbiət turizmi sahəsində marşrutlar qurmaq və məhsullar yaratmaq olar. Bunların konkret nə vaxt reallaşacağı barədə tarix demək çətindir. Çünki əsas təhlükəsizlik məsələsidir”,- deyə Kənan Quluzadə əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO