Cizgi filimlər uşaqlarda piylənmə yaradır - ARAŞDIRMA

Cizgi filimlər uşaqlarda piylənmə yaradır - ARAŞDIRMA

Hazırda oxunan: Cizgi filimlər uşaqlarda piylənmə yaradır - ARAŞDIRMA

97040

Türkiyədəki bir araşdırma nəticəsində məlum olub ki, cizgi filmləri uşaqlarda piylənmə ilə əlaqədar davranış və hərəkətlərə mənfi təsir edir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, uşaqlarda piylənmə əsrimizin önəmli sağlamlıq problemləri arasında ilk sıralardadır.
Türkiyəli mütəxəssislər bildirib ki, yayımlanan cizgi filmləri uşaqlar üçün lazımlı örnək deyil. Onlar bunun üçün araşdırma ediblər. Televiziyada gündəlik yayımlanan 110 cizgi filmindən ən çox baxılan 30-u seçilib.

İncələnən cizgi filmlərinin 10%-də "fast food",12%-də şəkər tozu ilə dadlandırılmış içkilər,1%-də isə ekran qarşısında oturub yemək yemək kimi vərdişlərin uşaqlara aşılandığı məlum olub.

Onların 26%-də meyvə-tərəvəz, 3%-də isə yüksək kalsiumlu qidaların təbliği olan cizgi filməridir. Mütəxəssis qeyd edib ki, araşdırmalarda məlum olub ki, qidalardan əlavə cizgi filmlərində telefon,kompüter,video oyunlar, televiziyaya aid qrafikalar çoxdur.

Onların fikrincə bu cizgi filmlər uşaqlarda yemək yemə,hərəkətləri və digər davranışlarının formalaşmasına ciddi təsir edir. Bu səbəbdən valideynlər uşaqlarının nələri izlədiyinə diqqət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO