Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının gecikmə səbəblərinə aydınlıq gətirilib.
“Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətindən Moderator.az -a verilən məlumata görə, sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.
Məlumatda bildirilib ki, dünən gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys edib. Elektrik qatarlarının 8-i Bakı - sərnişin stansiyasından Sumqayıt ”“ sərnişin stansiyasına, 8-i isə əks istiqamətə hərəkət edib. Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı azaldılacaq. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının müvəqqəti hərəkət cədvəli
16.09.2015-dən
Qatar â„– | Bakıdan getmə vaxtı | Sumqayıta çatma vaxtı | Sumqayıtdan çıxma vaxtı | Bakıya çatma vaxtı |
5405/6002 | 0510 | 0558 | 0640 | 0728 |
6003/6004 | 0530 | 0618 | 0710 | 0758 |
6005/6006 | 0650 | 0738 | 0755 | 0843 |
6007/6008 | 0750 | 0838 | 0900 | 0948 |
6009/6010 | 1600 | 1648 | 1710 | 1758 |
6011/6012 | 1725 | 1813 | 1830 | 1918 |
6013/6014 | 1825 | 1913 | 1930 | 2018 |
6015/9016 | 1925 | 2013 | 2030 | 2118 |
Qeyd edək ki, qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir. Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.

































































































