Bakıda narkotik çəkən sürücü saxlanıldı

Bakıda narkotik çəkən sürücü saxlanıldı

Hazırda oxunan: Bakıda narkotik çəkən sürücü saxlanıldı

96949

Səbail rayonu ərazisində narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədov Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.

Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO