Ombudsmandan Füzuli və Tərtərdə baş vermiş mina partlayışı ilə bağlı MÜRACİƏT 

Ombudsmandan Füzuli və Tərtərdə baş vermiş mina partlayışı ilə bağlı MÜRACİƏT 

Hazırda oxunan: Ombudsmandan Füzuli və Tərtərdə baş vermiş mina partlayışı ilə bağlı MÜRACİƏT 

96870

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Tərtərdə minaya düşən şəxslərlə bağlı SON XƏBƏR - VİDEO


Müraciətdə deyilir:

“Dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır.

Təəssüflər olsun ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olmuş, 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu isə yaralanmışdır.

Eyni zamanda, 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu ağır xəsarət almış və ilkin məlumata əsasən ayaqları amputasiya edilmişdir.

Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq.

Ermənistan tərəfi minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməklə beynəlxalq humanitar hüquq normalarına əməl etməli, insan hüquqlarına hörmət bəsləməli, regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO