Gəncədə 46 yaşlı kişi qətlə YETİRİLDİ

Gəncədə 46 yaşlı kişi qətlə YETİRİLDİ

Hazırda oxunan: Gəncədə 46 yaşlı kişi qətlə YETİRİLDİ

96784

Gəncədə 46 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı.

Gəncədə 46 yaşlı kişi boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. O xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.  

Bizim.Media-nın yerli bürosunun DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsinə aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO