Evlilik baş tutduqdan sonra bir çox ailələrdə, xüsusən də, bizim cəmiyyətdə uşaq sahibi olmaq artıq ümdə bir vəzifə kimi görülməyə başlayır. Lakin bəzi insanlar var ki, onlar üçün uşaq sahibi olmaq düşüncəsi belə qorxuncdur.
Bizim.Media valideyn olmaq istəməyən bürclərin siyahısını təqdim edir:
Əkizlər
Əkizlər üçün həyatdan həzz almaq hər şeydən önəmlidir. Evlənərək yeni həyata başladıqdan sonra, o, həyat yoldaşı ilə uzun müddət hər şeydən həzz almaq istəyəcək. Bu prosesdə onun üzərinə böyük məsuliyyətlər götürməsi və ya öz həyatını ikinci plana atması müdriklik deyil. Getmək istədikləri çox sayda tədbir olsa da, şənliklər təşkil etmək, tətilə getmək istəyirlər, birdən-birə həyatlarının mərkəzinə çevriləcək körpə onların istədikləri həyatı yaşamasına mane ola bilər. Əslində, uşaq sahibi olmaq fikri onlara heç vaxt isti olmayacaq.
Qız
Qız bürcü öz həyatlarında ən xırda detallar üçün belə narahat olan insanlardır. Həyat yoldaşı ilə nizam-intizam yarada biləcəkmi, özünü iqtisadi cəhətdən təhlükəsiz hesab edə bilərmi, uzunmüddətli perspektivdə qarşısına bir maneə çıxa bilərmi kimi suallar onu daim düşündürür. Qız bunların hamısını təfərrüatına qədər düşünməyi özünə borc bilir. Əlavə düşüncələr yaradacaq uşaq isə qızlar üçün əlavə yük olacaq. Digər tərəfdən bardağa boş tərəfindən baxmaq da qızların adətidir. Onun uşağına sağlam gələcək bəxş edəcəyinə əmin olana qədər uşaq sahibi olmaq fikrinə çox da yaxın olmayacağını asanlıqla söyləmək olar.
Oxatan
Hətta evlilik Oxatan üçün böyük bir addımdır. O, həqiqətən də həmfikir tapdı və həyatını azad yaşaya biləcəyinə qərar verdi və “Hə” dedi. Bəs uşaq? Onu bu “tələ”yə salmaq o qədər də mümkün deyil. Çünki etmək istədiyi çox şey olduğu halda, özünü hələ də uşaq kimi görür, bu qədər böyük məsuliyyəti üzərinə götürmək ona məntiqli görünməz. Demək olar ki, müstəqillik ehtirası uşaqlara olan həvəsi üstələyəcək.
Dolça
Dolça bürclər içərisində ən müstəqillərdən biridir. Ola bilsin ki, o, azadlığına xələl gəlməyəcəyinə əmin olanda nikah masasına oturub. Lakin yenə də ömürlük əl-qolunu bağlayacaq bir uşaq dünyaya gətirmək onun gözləntilərinə uyğun gəlməyəcək, üstəlik, yaşadığımız dünya getdikcə pisləşərkən, parlaq gələcəyə olan ümidlər bir-bir sönərkən. İki nəfərlik həyat onu daha çox qane edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 01.10.2022
Uşaq sahibi olmaq istəməyən BÜRCLƏR – Kimlər valideyn olmaqdan qorxur?
Hazırda oxunan: Uşaq sahibi olmaq istəməyən BÜRCLƏR – Kimlər valideyn olmaqdan qorxur?
Hazırda oxunan: Uşaq sahibi olmaq istəməyən BÜRCLƏR – Kimlər valideyn olmaqdan qorxur?
96723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.