Azərbaycanda 4 şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda 4 şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarıldı

Hazırda oxunan: Azərbaycanda 4 şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarıldı

96699

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-a qədər AYNA-ya təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Agentliyin inzibati binasında Bakı – Astara – Bakı və Astara – Bakı – Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-də, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-də açılacaq.
İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO