Bankların QARA SİYAHISINA düşən müştərilər ondan necə xilas ola bilər? – ÇIXIŞ YOLLARI

Bankların QARA SİYAHISINA düşən müştərilər ondan necə xilas ola bilər? – ÇIXIŞ YOLLARI

Hazırda oxunan: Bankların QARA SİYAHISINA düşən müştərilər ondan necə xilas ola bilər? – ÇIXIŞ YOLLARI

96681

Hazırda bir çox vətəndaşlar banklardan kredit götürə bilmir. Səbəbsə çox sadədir. Beləki, 2016-cı ildəki devalvasiyadan sonra bank və bank olmayan kredit təşkilatları ilə vətəndaşlar arasında ciddi problem yaşandı. Əhalinin böyük hissəsi götürdükləri kreditləri vaxtında ödəyə bilmədi. Nəticədə, vətəndaşların xeyli hissəsi bankların “qara siyahı”sına düşdü. Və bu gün adı “qara siyahı”ya düşən həmin vətəndaşlar kredit götürə bilmir. 

Bəs, vətəndaşlar bu problemlərdən qurtulmaq üçün nə etməlidir?

Suala tanınmış iqtisadçı Əkrəm Həsənov aydınlıq gətirdi. O Bizim.Media-ya açıqlamasında bildirdi ki, el arasında “qara siyahı” deyilən məfhum vətəndaşların Kredit Bürosundakı kredit tarixçəsidir: 

“Banklarda və bank olmayan kredit təşkilatlarında kredit götürmüş hər bir vətəndaşın kredit tarixçəsi var. Ona görə də bu tarixçəni dəyişmək olmaz. Yəni vətəndaş kreditin geri ödənilməsində gecikməyə yol veribsə bu onun kredit tarixçəsində hər zaman qalacaq. Axı, vətəndaşın gecikdirmə faktını necə gizlətmək olar ki?! Bu məsələdə gecikmənin hansı səbəbdən baş verməsinin heç bir əhəmiyyəti yoxdur”.

Əkrəm Həsənov onu da əlavə etdi ki, əslində banka və yaxud bank olmayan kredit təşkilatına qadağan edilmir ki, gecikməsi olmuş vətəndaşa kredit verilməsin. Kredit verilə bilər. Bunda heç bir məhdudiyyət yoxdur:
“Sadəcə, bank və bank olmayan kredit təşkilatı ehtiyatlanır ki, bu vətəndaşın gecikməsi olub.

Və bu hal yenə təkrarlana bilər. Belə vəziyyətdə vətəndaşın yeganə çıxış yolu az məbləğdə kredit götürməsidir. Və bu kreditə görə banka yüksək əmək haqqı olan zaminlər aparmalıdır. Ya da ki, əmlakını girov qoymalıdır. Məsələn, 20 min manatlıq avtomobilini girov qoyan vətəndaşa bank məmnuniyyətlə 2 min manat kredit verəcək.
Bu vəziyyətdə bank heç baxmayacaq ki, keçmişdə nə olub. Və vətəndaş yeni götürdüyü krediti vaxtlı-vaxtında ödəsə tədricən bank qarşısında etimad qazanacaq. Və növbəti dəfə vətəndaş daha çox kredit götürə biləcək. Beləcə, bankın vətəndaşa inamı bərpa olunacaq və kreditdəki əvvəlki xoşagəlməz tarixcə arxa plana keçəcək.”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO