Zəngilan və Cəbrayılda meşə zolaqları salınacaq - RƏSMİ 

Zəngilan və Cəbrayılda meşə zolaqları salınacaq - RƏSMİ 

Hazırda oxunan: Zəngilan və Cəbrayılda meşə zolaqları salınacaq - RƏSMİ 

96679

"Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir".

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, növbəti il üçün Qarabağda görüləcək işlərlə bağlı əsas istiqamət əraziyə dəymiş ziyanın aradan qaldırılmasıdır:

"Bu istiqamətdə meşabərpa işlərinin aparılması nəzərdə tutulub. O cümlədən Zəngilan və Cəbrayılda ilin sonuna qədər meşə zolaqları çəkiləcək. Qarabağ su ehtiyatı baxımından çox zəngindir. Həmin su ehtiyatları imkan verir ki, həmin bölgələr su ehtiyatına olan tələbatını ödəsin.

İçməli suyun Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir. Həkəri və Bərgüşad çayları üzərində də su anbarlarının tikilməsi nəzərdə tutulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO