Anar Kərimov Qarabağa missiya göndərilməsilə bağlı UNESCO-ya çağırış edib

Anar Kərimov Qarabağa missiya göndərilməsilə bağlı UNESCO-ya çağırış edib

Hazırda oxunan: Anar Kərimov Qarabağa missiya göndərilməsilə bağlı UNESCO-ya çağırış edib

96672

“Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən etnik-mədəni soyqırım törədilib”.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxışında bildirib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazir işğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlərin, tarixi abidələrin, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığını qeyd edib:
“Ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırımı əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə qeyd edib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başladığına diqqət çəkilib, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb”.

Nazir bu baxımdan Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirib və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib. 
A.Kərimov həmçinin, tezliklə işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərməklə bağlı UNESCO-ya çağırış ünvanlayıb. 

Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilib, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülüb, mədəniyyətlərarası dialoqu təşviq edən Bakı prosesinin əlavə ölçüsü olduğu bildirilib.  

Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud post-münaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilib. 
Sessiya zamanı nazir A.Kərimov həmçinin, ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO